• 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“PAŞA Bank” ASC olaraq “Product Risk Specialist” (Məhsul Riskləri üzrə Mütəxəssis) kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Modelin performasının təhlili və onunla bağlı müvafiq anlayışların olması;
• Qeyri-işlək kreditlərin izlənilməsi, təhlili və inkişaf etdiriləcək məqamların müəyyənləşdirilməsi;
• Portfelin müxtəlif istiqamətlərdə əsas göstəricilərinin (müştəri seqmenti, sənaye növü, tələb, təklif, və.s) təhlil edilməsi və nəticələrin təqdim olunması;
• Məhsul ilə bağlı risklərin idarə edilməsi üzrə ümumi prosesin həyata keçirilməsi, mütəmadi olaraq qayda və təlimatların yenilənməsi;
• Əməliyyat və vaxt itkilərinə yol verməmək üçün proseslərin təkminləşməsi və sadələşməsinə nəzarət;
• Əməliyyatların avtomatlaşdırılma və standartlaşdırılması üzrə təkliflərin verilməsi;
• Modelin ƏFG-nın izlənməsi və yenilənmə/kalibrasiya üzrə təşəbbüskarlığın göstərilməsi;
• Modelin strukturu və idarəsinin effektiv olmasının təminatı;
• Məhsul üzrə dəyişiklik tələb edən meyarların müəyyənləşdirilməsi və təkminləşdirilmiş ideyaların həyata keçirilməsi;
• İdarə edilə bilən risklər əsasında biznesin davamlılığı üzrə planların hazırlanması;
• Sifarişlərin işlənməsi ilə bağlı anderrayterlərə dəstək və bununla bağlı məsələlərin həll edilməsi;
• Bankın təsdiq etdiyi kredit siyasəti, müvafiq proseduralar, IFRS və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsinin aparılması.

Sizdən nə tələb olunur?

• Təhsil: Maliyyə, Bank işi, İqtisadiyyat və ya müvafiq sahə üzrə Bakalavr təhsili
• İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 2-4 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlar
• Xarici dil: İngilis və Rus
• Kompüter bilikləri: Microsoft Office
• Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə bağlı biliklər
• Maliyyə təhlili, bankçılıq və mühasibatlıq üzrə təcrübə
• Qərarvermə ilə bağlı komanda üzvlərinin bacarıqlarının inkişafı istiqamətində yol göstərilməsi
• Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərin olması

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına 23.09.2021 tarixinədək başlıqda ““Product Risk Specialist” (Məhsul Riskləri üzrə Mütəxəssis)” qeyd edərək göndərməyiniz xahiş olunur.