TƏHSİL

22 Sentyabr

Özbəkistanda turizm sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu aparılır  

Özbəkistan Respublikasının İpək Yolu Beynəlxalq Turizm Universiteti Şanxay Əməkdaşlıq Təşkilatına üzv və tərəfdaş ölkələrdən olan əcnəbi vətəndaşlar üçün 2021-2022-ci tədris ili üzrə təqaüdlü təhsil proqramı elan edir.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, magistratura pilləsi üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisasları əhatə edir. Təqaüd proqramına sentyabrın 30-dək müraciət etmək olar. Ətraflı məlumatla nazirliyin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.