• 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Vətəndaş rahatlığı nəzərə alınaraq daha iki ünvanda piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.

Fins.az-ın Bakı Nəqliyyat Agentliyinə istinadən verdiyi məlumata görə, piyada təhlükəsizliyi və rahatlığının təmin edilməsinə hər zaman xüsusi həssaslıqla yanaşan Bakı Nəqliyyat Agentliyi tərəfindən “8 Noyabr” prospektində 4 hərəkət zolağından ibarət yolda yerləşən mövcud nizamlanmayan eyni səviyyəli piyada keçidinin yeri optimallaşdırılıb və xüsusi düymə ilə idarə olunan yeni svetofor obyektləri quraşdırılıb.

Bununla yanaşı Mərdəkan qəsəbəsi, Sergey Yesenin və Almas İldırım küçələrinin kəsişməsində mövcud eyni səviyyəli piyada keçidlərinin yerləri optimallaşdırılıb və sözügedən eyni səviyyəli piyada keçidlərinin önündə panduslar inşa olunub.