• 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Hər ilin sonu “Atəşgah” Sığorta Şirkətində kadr islahatları ilə bağlı müvafiq planlaşdırma həyata keçirilir, ehtiyaclar araşdırılır və növbəti il üçün bununla bağlı planlar tərtib olunur”.

Bunu Fins.az-a “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyəti Sədrinin müavini Fuad İsmayılov deyib.

Onun sözlərinə görə, “Atəşgah” Sığorta Şirkəti öz insan resurslarına böyük önəm verir və əsas dəyəri kimi insan resurslarını hər zaman öndə tutur.

“Kadr islahatları ilə bağlı qeyd etmək istərdim ki, hər il olduğu kimi, bu il də sözügedən məsələ ilə əlaqədar müvafiq planlar mövcud idi. Hər ilin sonu “Atəşgah” Sığorta Şirkətində kadr islahatları ilə bağlı müvafiq planlaşdırma həyata keçirilir, ehtiyaclar araşdırılır və növbəti il üçün bununla bağlı planlar tərtib olunur.

Bu il Şirkətimizdə kadr ehtiyatının formalaşması, struktur bölmə rəhbərlərinin əvəzedicilərinin formalaşması, onların peşəkar biliklərinin, dünya görüşlərinin, liderlik qabiliyyətlərinin inkişafında mühüm addımlar atılıb. Bundan əlavə, şirkət daxilində istedadı, peşəkarlığı, liderlik qabiliyyətləri və digər xüsusiyyətləri ilə seçilən əməkdaşlara təlimlər keçirilmişdir. Bir əsas nüansı vurğulamaq istərdim ki, biz şirkətdaxili olan aparıcı vəzifələrə Şirkətdə çalışan mövcud əməkdaşların təyin edilməsinə daha çox üstünlük veririk. Mövcud vakansiyalara layiqli namizədlərin seçilməsi üçün şəffaf kadr islahatları siyasəti və sistemi mövcuddur. Bunun üçün insanın loyallığı, peşəkarlığı, dünya görüşü, liderliyi, bir sıra zəruri qabiliyyətləri, eləcə də, Şirkətin missiya, vizyon və strategiyasını dərk edərək, digər əməkdaşlara da təbliğ etmə bacarığının olması böyük rol oynayır.Qeyd etmək istəyirəm ki, əməkdaşlarımızı ilk gəldikləri gündən etibarən planlaşdırılmış şəkildə təlim və tədris ilə təmin etməyə çalışırıq. “Atəşgah” Sığorta Şirkətini əməkdaşlarının iş saatlarının bir hissəsi mütləq şəkildə təlimlərə və onların fərdi inkişafına ayrılmışdır”.

Tuncay Türbəndəzadə