• 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan may ayının 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək 65-ci “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində 13-cü dəfə iştirak edəcək.

Turizm.fins.az xəbər verir ki, İctimai Televiziyanın (İTV) rəsmi “Facebook” hesabında “Avroviziya” müsabiqəsinə gedəcək müğənni seçiminə və mahnı qəbuluna start verildiyi barədə məlumat yerləşdirilib.

Azərbaycanı təmsil edəcək mahnının seçimləri fevralın 7-nə kimi davam edəcək. Avropa Yayım Birliyi (EBU) tərəfindən irəli sürülən qaydaya əsasən, müəlliflər “mp3” formatında üç dəqiqədən çox olmayan mahnıları İTV-yə təqdim etməlidirlər.

Bu il Azərbaycanın “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbəri Leyla Quliyevadır.

Ötən illərdə olduğu kimi bu il də seçim turu İTV-də qapalı keçiriləcək. Azərbaycanı müsabiqədə təmsil edəcək namizədin kimliyi isə fevral ayında açıqlanacaq.