• 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dünyanın bir çox yazıçılarının diqqətini cəlb etmiş oduncaq adam rəvayəti onlarla versiyalarda işlənmişdir. Tənha qoca oduncaqdan adam düzəldir və o, canlıya çevrilib insan ömrü yaşayır. Teatrımızda tamaşaya qoyulan bu nağıl da dinamikası, macəraları ilə diqqəti cəlb edir. Tolstoy oduncaq övladı –Buratinoya həyatın ən sərt tərəflərini göstərir. O, atasına qızıl açar gətirmək üçün çox çətin sınaqlardan çıxır. Buratino onu odundan yaradan Karlo atasına sədaqətli qalır, ağıllı, tərbiyəli olmağa, məktəbdə oxumağa söz verir. Onun rastlaşdığı teatr aktyorları, müxtəlif xarakterli insanlar anladırlar ki, həyatda zəhmət, istedad, bir də ağıl insanın yaxın dostu olmalıdır. Böyüklərə hörmət, onların ağıllı məsləhətləri uşaqların yoluna işıq salır. Məhz bu cəhətləri ilə Buratino Karlo ataya xəzinə qapılarını açır və onun yeni bir teatr yaratmasına, isrtedadlı işsiz aktyorları ətrafına toplamağa imkan yaradır.

Bilet: 6 AZN
Tarix: 
30.01.2020
Saat: 
12:00
Ünvan: 
Gənc Tamaşaçılar Teatrı

Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall, Park Bulvar ticarət mərkəzindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz.