DÜNYA

31 Mart

Mask-ın Çinə səfər planı

Tesla-nın baş direktoru İlon Mask Çinə baş nazir Li Çianqla görüşmək üçün getməyi planlaşdırır.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Çin Teslanın ABŞ-dan sonra ikinci ən böyük bazarı olsa da, Şanxay fabriki elektrik avtomobil istehsalçısının ən böyük istehsal mərkəzi kimi tanınır.

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla fevral ayında Şanxaydakı müəssisəsindən ümumilikdə 74 402 avtomobil satıb. Buna görə satışlarda əvvəlki ilin eyni dövrünə görə 31,65% ,bir əvvəlki aya görə isə 13 % artım oldu.

Zəminə Hüseyn
Fins.az