Alman İqtisadiyyat Tədqiqat İnstitutu (Ifo) Almaniyanın istehsal sektorunda material çatışmazlığı probleminin bu ay azaldığını, lakin Almaniyanın hələ də ideal təchizat vəziyyətindən uzaq olduğunu bildirib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, mart ayında Almaniyadakı şirkətlərin 41,6%-sı müxtəlif problemlər, xüsusilə ara məhsul və xammal tədarükündə olduğu göstərilib. Fevral ayında bu nisbət 45,4% olaraq qeyd edilib.
Ifo-ya görə, Almaniya sənayesinin əsas sektorlarında material çatışmazlığından şikayət edən şirkətlərin nisbəti çox yüksək səviyyədə qalıb.
Avtomobil sənayesi, elektrik-elektron firmaları və maşınqayırma sahələrində problem yaşayan firmaların nisbəti 60% ikən, kağız sənayesində problem yaşayan şirkətlərin nisbəti 2,4% olaraq təyin olunub.
Zəminə Hüseyn
Fins.az