• 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əvvəlki dövrlərdə saxta şəkildə əlillik dərəcəsi alaraq dövlətdən pensiya alan yüzlərlə şəxsin əlilliyi ləğv edilib.Buna görə də cəmiyyətdə pensiya təyinatı və hesablanması ilə bağlı müəyyən fikir ayrılığı və narazılıqlar yaranıb. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cəmiyyətdə pensiya təyinatı və hesablanamsı ilə bağlı yaranan fikir ayrılıqlarına aydınlıq gətirərkən Fins.az-a bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri dəyişildikdən sonra təftiş aparılan zaman məlum olub ki, keçmiş nazirin vaxtında saxta pensiya təyinatları olub. Ona görə də bu saxta pensiyalar ləğv edilir. Bu Milli Məclisdə xüsusi olaraq müzakirə edilib. Nazir müavini parlament üzvləri qarşısında çıxış edərək saxta pensiya təyinatları ilə bağlı hesabat verib. Bu yoxlamalar hazırda da davam edir.

Millət Vəkili pensiyaların hesablanmasında yol verilən kobud səhvlər nəticəsində vətəndaşlara təyin edilən az məbləğli pensiyalara da toxunaraq bildirib ki, elə pensiyalar var ki, onlar düzgün hesablanmayıb. Nazirlik tərəfindən aparılmış yoxlamalar nəticəsində artan pensiyalar da var. Mən sizə açığını deyim. Elə vətəndaşlar var ki, pensiyasının hesablanaması zamanı sığortada yığılmış vəsait nəzərə alınmadan az məbləğ hesablanıb. İndi həmin vətəndaşların pensiyaları yenidən hesablanır və sığorta məbləği pensiyaya əlavə edilib. Pensiyaların ləğvi də,pensiya məbləğinin azalması da, artması da var.

Vahid Əhmədov pensiya sistemindəki problemlərdən biri kimi ,saxta əlillik dərəcəsinin təyin olunması nəticəsində düzgün təyin edilməyən və yalnış hesablanan pensiyaları vurğulayaraq "Ümumilikdə pensiya sistemində külli miqdarda problemlər var idi. İnsalar xüsusi hal olmadan əlillik dərəcəsi alıb özlərinə pensiya təyin etdirirdilər. Hazırda nazirlik tərəfindən 97 min nəfərin pensiyası ləğv edilib. Bunu da onunla əsaslandırılır ki, əgər vətəndaşa pensiya düşmürsə nəticədə pensiyanı həmin vətəndaş qeyri qanuni alır. Milli Məclisdə bu məsələnin müzakirəsi zamanı bildirdik ki, pensiyası ləğv olunan vətəndaşların işsizlik problemi həll olunmalıdır. Həmin insanlar əlavə iş yerləri ilə təmin olunmalıdır."-deyə bildirib 

Pensiya islahatlarının müsbət tərəfi ilə yanaşı mənfi və fikir ayrılğı yaradan tərəfləri ilə bağlı məlumat verərək bildirib ki,pensiyalarla bağlı islahatlar zamanı bir sıra yeniliklər tətbiq olunub. Həmin islahatların müzakirəsi zamanı pensiya yaşının yüksəldilməsinə etiraz edənlərdən biri də mən idim. Pensiya yaşını 63-yaşdan qadın və kişi üçün 65 yaşa qaldırdılar mən bunu qəbul edə bilmirəm. Ona görə ki, insanların orta yaşama həddi kifayət qədər yüksək deyil.Orta yaşama həddi təxminən 77 olmalıdır ki, bu insanlar pensiya alandan sonra 12 il də yaşasınlar. Buna baxmayaraq reallıq elə deyil axı. Pensiya yaş həddi ilə bağlı problem var. Ona görə də müəyyən dəyişikliklər edildi.

Vahid Əhmədov pensiyası ləğv olunduğu üçün narazılıq edən vətəndaşların problemlərinə də toxunaraq "Biz istəmirik ki, insanlarımız incisin. Narazıçılıq nədən yaranır? Pensiyası ləğv olunan 97 min vətəndaş təbii ki, narahatdır. Mən onları başa düşürəm. Ona görə ki, həmin insanlar dünən pensiya alırdı, bu gün pensiya almırlar. O arxayın idi ki, bu pensiya ilə dolanacaq. Həmin vətəndaşa qeyri qanuni olaraq pensiya təyin edilibsə nazirin nə günahı var?.Biz həmin insanları iş yeri ilə təmin etməliyik ki, işləyib əməkhaqqı alsınlar dolana bilsinlər. Biz elə etməliyik ki, əgər vətəndaşa pensiya düşürsə həmin şəxs pensiya alsın.Vətəndaşın hardasa rüşvət verib qeyri-qanuni olaraq sənəd alaraq əlilliyə görə pensiya alması qəbul edilməzidir."-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva