• 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Məşhur ABŞ milyarderi investor Ray Dalio, investorları nağd pulu əllərində saxlamamağa çağırdı.

Fins.az xəbər verir ki,portfelində bir az Bitcoin olduğunu bildirən Dalio, hökumətlərin kriptovalyuta bazarını ortadan qaldıracaq addımlar atması da mümkündürdeyə qeyd edib. 
Amerikalı milyarder investor Ray Dalio, investorlara nağd pula çox güvənməmələri mövzusunda xəbərdarlıq edib və bir qədər Bitcoin olmasına baxmayaraq, hökumətlərin kriptovalyuta bazarını məhv edə biləcəyini də bildirib.

150 milyard dollarlıq Bridgewater Associates hedcinq fondunun qurucusu Dalio, çərşənbə günü CNBC -yə verdiyi müsahibədə, "Birincisi, nağd pulun zibil olduğunu bilin, buna görə də nağd pulla qalmayın" deyə vurğulayıb.

Bloomberg Milyarderlər İndeksinə görə, 15,6 milyard dollar sərvəti olan 72 yaşlı Dalio, pulunun bir hissəsini Bitcoin-ə yatırdığını, ancaq bununla yanaşı qızıla yatırdığı investisiyaların və buna görə də digər aktivlərinin kiçik bir faizi olduğunu bildirib. 

Ən böyük rəqəmsal valyuta olan Bitcoin bu il 60% -dan çox qazanıb, lakin kiçik investorların kriptovalyutalarla sıx əlaqələrindən narahat olan tənzimləyicilərin artan nəzarətinə məruz qalıb. 

Müəllif: Aynur Qəniyeva